Maliyyə nazirliyini “ağır yükdən” azad etməyin yalnız bir yolu var.....
Dünən
bələdiyyələrə subvensiyanın verilməsi ilə bağlı bəzi məqamlara həsr etdiyim
yazı sosial media üzərində ciddi müzakirələr yaradıb. Qeyd olunan fikirlərin müəlliflərinin
bir çoxları vaxt ilə bələdiyyədə çalışmış, bələdiyyə sistemi haqqında bilgiləri
olan insanlardır. Müzakirələrə qatıldıqlarına görə, onların hər birinə təşəkkürümü
bildirirəm. Hər birinin qeyd etdiyi məqamları
bir daha oxucuların diqqətinə çatdırıram. Üç fərqli fikirdən sonra öz
fikirlərimi də Sizlərlə bölüşəcəyəm.
*******
Uzun
illər bələdiyyələrdə vergi xidmətinin rəhbəri
olmuş, hazırda müstəqil ekspert kimi fəaliyyət göstərən Tərlan İsmayılov yazır:
“Vüqar
müəllimin yazısında qaldırılan narahatlıqlar ilk baxışda haqlı təsir bağışlaya
bilər. Ancaq mətnin alt qatına enəndə əsas problem üzə çıxır: məsuliyyət yenə də
bələdiyyənin öz üzərindən götürülüb başqasının üzərinə yüklənməyə çalışılır. Əgər
bələdiyyə subvensiya almaq istəyirsə, bunu canfəşanlıqla, təşəbbüslə, peşəkarlıqla
etməlidir. Bu qədər sadə. Maliyyə Nazirliyi burada vasitəçi maliyyə qurumudur.
Onun işi pulu bölüşdürməkdir, layihə yazmağı öyrətmək yox. Bu yanaşmanı dəyişmədən
heç bir sistem işləməyəcək. Bu gün ölkədə bələdiyyələr üçün layihə yazmağı öyrədən,
treninqlər keçirən, sertifikatlar verən, hətta birbaşa layihə hazırlamaqda kömək
edən QHT-lər və ekspert şəbəkələri mövcuddur. Bələdiyyə sədri bunlardan xəbərsizdirsə
bu, nazirliyin yox, onun öz problemidir. Xəbəri olub iştirak etməyibsə bu artıq
idarəetmə bacarıqsızlığıdır. 25 ildən çox vaxt keçib! “gözləyək, öyrətsinlər,
izah etsinlər” mərhələsi üçün müddət artıq çoxdan bitib. İndi mərhələ başqadır,
ayağa qalxmaq, qolları çırmalamaq və daşdan da pul çıxarmaq mərhələsidir.
Subvensiya
almış bələdiyyələr var. Deməli, sistem mümkündür. Deməli, problem “şəraitdə”
yox, iradədə və bacarıqdadır. Əgər hansısa bələdiyyə subvensiya alıbsa, təcrübəsini
digər bələdiyyələrlə bölüşsün. Bu qədər primitiv, bu qədər sadə.
Günahı daim mərkəzdə, nazirlikdə, sistemdə axtarmaq bələdiyyəni inkişaf etdirmir. Əksinə, onu asılı, passiv və məsuliyyətsiz vəziyyətdə saxlayır. Əgər bələdiyyə həqiqətən yerli özünüidarəetmə orqanıdırsa, bunu ilk növbədə öz davranışı ilə sübut etməlidir. Yox əgər hələ də “bişirib qabağımıza qoysunlar” düşüncəsindəyiksə, onda nə subvensiya, nə dotasiya, nə də sistem müzakirəsi səmimidir. Reallıq budur. Qalanı isə özümüzü aldatmaqdır.”
Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri Rauf Hsüynov isə məsələyə belə münasinət bildirir. Qeyde edəki ki, Tüləkəran bələdiyyəsi 2024 cü il subvensiya müsabiqəsinin qailiblərindən biridir:
“Bələdiyyələrin dayanıqlı büdcə gəlirlərinin əldə
olunması üçün ənənəvi mənbələrdən istifadəyə paralel olaraq yerli istehsal sahələrinin,
bələdiyyə müəssisələrinin yaradılmasi mütləqdir. Bu müəssisələrin
yaradılmasında dövlət dəstəyi kifayət qədərdir. Lakin bu müəssilərin
yaradılması, mərkəzi büdcədən subvebsiya, subsidiya və dotasiya alınması üçün
müraciət edilərkən diqqət olunması məqamlar vardır. Əksər hallarda müraciətlər
zamanı yaradılması planlaşdırılan müəssisələrin yaxın və uzaq müddətlərdə
iqtisadi rentabelliliyi, rəqabətə dayanıqlı olub olmaması, yerli məşqulluğa verəcəyi
töhfələr və digər xüsusiyəətlər nəzərə alınmadan hazırlandığından layihələr
kağız üzərində qalmadan o üzə keçə bilmir.
Müraciət olunarkən “qaz vurub qazan doldurmaq” deyiləndə əməldə icra oluna biləcək, gecə gündüz bu müəssisənin qurulması üçün çalışmağı gözə aldıqdan sonra müraciət olunulması doğru olar. Belə olan hallarda vəsaitin ayrılması mümkün olur"
*******
Digər
bir oxucumuz uzun illər bələdiyyə sahəsində çalışımış xanım Rövşanə Quliyevanın münasibətini isə belə
bildirib:
“Hörmətli Vüqar müəllim, cox haqlı olaraq, ölkəmizdə
bələdiyyələrə qarşı olan bu mövcud biganəliyin ictimaiyyətə catdırdıgınız,
fikirlərinizlə və doğru iradlarınızla tam razıyıq və mövqeyinizi dəstəkləyirik!
Bir vətəndaş və 28 il dövlət qulluqçusu olaraq, sənədlərlə bağlı işlərdə,
Daşınmaz Əmlak və Torpaq Komitəsi, bələdiyyə kimi qurumlarda çalışmış, bu işlərdə
müəyyən təcrübəsi olan bir kadr kimi mövzu barədə fikrimi bildirərək, vətəndaşları
narahat edən problemlərin aradan qaldırılması üçün ölkəmizdə yeniliklər edən, Cənab
Prezidentimizin tapşırığına əməl olunması üçün, artıq müvafiq qurumlardan bu
sahədə gördükləri işlər barədə hesabatların alınmasına ciddi ehtiyac
yaranmışdır! Maliyyə Nazirliyinindövlət büdcəsindən bələdiyyələr üçün nəzərdə
tutulmuş 1. 550 000 vəsaitin nə üçün bələdiyyələrə ayrılmaması və ayrılmış bu vəsaitin
hara təyin olunması, indiyə kimi subvensiya layihələrinə ayrılmış bələdiyyələrin
işləri, layihəsinə ayrılmış vəsaitlərin nəyə xərclənməsinin hesabatları xalqa
açıqlanmalıdır! Ciddi bir sual yaranır, bizim ölkəmizdə nə üçün bələdiyyələrə
özünü maliyyələşdirən bir qurum kimi yanaşılır?! Bələdiyyələrin fəaliyyətinə
demək olar ki, yetərincə diqqət və qayğı göstərilmir?! Halbuki, bütün sivil ölkələrdə
bələdiyyələr vacib bir qurum sayılır və onların iş prinsiplərində coxlu səlahiyyətləri
mövcuddur. Onu da qeyd edim ki, Konstitusiyamızın xüsusi maddəsində qeyd
olunduğu kimi, ölkəmizdə torpağın ilkin sahibi məhz bələdiyyələrdir!! Yalnız bələdiyyələr
torpaqlarla bağlı qərar vermək hüququna malikdirlər! Təyinatına görə ayrılmış
torpagların hansı sahədə istifadə olunmasına məhz bələdiyyələr qərar vermək
hüququndadırlar! Məhz belədirsə, nə üçün hökumət qərarlarını icra edən orqan
İcra Hakimiyyətləri torpaqla bağlı bütün işlərdə önəmli rol oynayaraq,
torpaqların müəyyən istifadəsinə razılıq və ya qadağalar qoyaraq, sanki
torpaqların qanuni sahibkarı kimi fəaliyyət göstərirlər?! Beləliklə, elə həmən
o Maliyyə Nazirliyi və digər qurumlardan qarşılıqlı maddi maraga görə, daim
diqqət , hər cür dəstək və qayğı görürlər. Düşünürəm, bu işlərdə şəffaflıqdan
söz belə gedə bilməz, əksinə "çirkli pulların yuyulması" , müəyyən əlbirliklə
qara işlərdə əməkdaşlıq, maddi maraq hesabına müəyyən işlərə dəstək və ya
qanunsuz qadağalar kimi halların olması danılmazdır! Zənnimcə, bütün bu
haqsızlıqları aradan qaldırılması üçün mövcud vəziyyəti lazımı səviyyədə
açıqlamaqla, müvafiq orqanların bu işlərinin aydınlaşdırması üçün, bələdiyyələrin
bu acınacaqlı vəziyyəti barədə və vətəndaş məmnunluğu uğrunda tapşırıqlar verən,
xalqımızın rifahı üçün çalışan, xilaskarımız Cənab Prezidentimizə ətraflı məlumat
verilməlidir! Yalnız möhtərəm Prezidentimizin tapşırığına əsasən bələdiyyələrə
hər cür mane olan və bir - birilə maddi maraga əsasən, əməkdaşlıq edən bu
qurumların hesabatları üzə çıxar və şəffaflıq təmin olunaraq, nəhayət ki, bələdiyyələrə
lazımı dəstək , qaygı göstərilə bilər”
******
İndisə yazılanlara belə münasibət bildirmək istərdim.
İlk
olaraq bu prosesdə bələdiyyə sədrlərinin üzərilərinə getməyi qəbul etmirəm.
Çünki bu prosesin icrasında bələdiyyə sədrlərinin rolu sıfıra bərabərdir. Sadəcə
hər bir bələdiyyə sədri bu prosesdə iştirakçı olmağa maraqlı ola bilər.
Odur ki, müxtəlif çıxış yolları axtara bilərlər. Bu da təbiidir. Nə isə... Mətləbdən
uzaqlamayım...
Bizim
məqsədimiz bələdiyyə sisteminin üzləşdiyi istənilən bir problemi ictimailəşdirmək
və onun həllinə nail olmaqdır. Yazıda qaldırılan suvbensiya məsələsinə gəlincə, deməliyəm ki, subvensiya layihələrinə büdcədən maliyyə ayrılması məsələsi öz
başlanğıcını qanunvericilik qaydasında
2018-ci ildən götürür. Həmin vaxt bu vəsaitin həcmi bir milyon manat idi.
Birincisi
qeyd edim ki, subvensiya layihələrinə maliyyə ayrılmasının əsas məqsədi bələdiyyələrə
dayanıqlı maliyyə mənbəyinin yaradılmasına dəstək verməkdir. Yəni layihə icra
olunur və nəticədə bələdiyyəyə əlavə maliyyə vəsaiti daxil olur. Demək
qanunverilik qaydasında edilən dəyişiklik ondan xəbər verir ki, dövlət
subvensiya layihələrinə maliyyə ayırmaqla bələdiyyələrə əlavə maliyyə mənbəyinin
yaradılmasında maraqlıdır və bununla da bələdiyyələrə
bir növ kömək göstərmiş olur. Məqsəd aydındır. Bu prosesin icracısı isə birbaşa
Maliyyə nazirliyinə həvalə edilib.
Sual
olunur, nazirlik bu prosesi indiyədək
necə həyata keçirib? İctimaiyyətin bu prosesdən xəbəri olubmu? Seçici
bilibmi ki, onun səs verdiyi bələdiyyə subvensiya müsabiqəsinin qalibi olub.
Onu ilk növbədə hansı qurum elan etməli idi?
Yəni
şəffaflığın təmin edilməməsi göz önündədir. Büdcə vəsaitini ayıran Maliyyə
nazirliyi, müsabiqəni keçirən Maliyyə nazirliyi, qalibi elan edən Maliyyə
nazirliyidirsə biz əvvəlcə hansı orqana sorğu göndərməliyik. Sözsüz ki, Maliyyə
nazirliyinə.
Sözüm
ondadır ki, Ədliyyə nazirliyi inzibati nəzarət orqanı kimi prosesin icrasının
qanuniliyə cavabdehlik daşıyır. Bəs büdcə vəsaitinin ayrıan orqan bu prosesdə
niyə məsuliyyət daşımamalıdır. Axı maliyyə şəxsi büdcədən deyil, məhz dövlət büdcəsindən ayrılır.
Beləliklə, 7 il ərzində Maliyyə nazirliyi bu müsabiqəni necə gəldi keçirib və maliyyə necə gəldi paylaylb. Konkret.
Yeddi il ərzində təxminən 35 bələdiyyə subvensiya
müsabiqəsinin qalibi olub. Və prosesi bir qədər dərindən izlədikdə istər-istəməz
aşağıdakı suallar yaranır:
1) Hər
il keçirilən müsabiqənin qaliblərin siyahısı nazirlik tərəfindən açıqlanıbmı?
2) Qaliblərin
təqdim etdiyi layihələrə hansı ekspertlər rəy
verib, bilən varmı?
3) Kifayət
qədər böyük məbləgdə olan vəsait bələdiyyə büdcəsinə hansı forma və məzmunda
köçürülrüb, bilən varmı.
4) Layihənin
icrası ilə, gedişi ilə bağlı nazirlikdə
hər hansı məlumat varmı. Yəni nazirlik ayırdığı büdcə vəsaitlərinin necə və
hansı şəraitdə xərcləndiyindən xəbəri və ya məlumatı olubmu?
5) Hər
ilin yekunu olaraq nazirlik müsabiqə qalibləri ilə görüş keçirib layihənin
icrası ilə bağlı qiymətləndirmə aparıbmı?
6) Nazirlik
ayırdığı büdcə vəsaitinin geri qaytarılması barədə reaksiyası necə olub?
7) Nazirlik
bilirmi ki, dayanıqlı maliyyə mənbəyinin
yaradılması üçün qalib elan etdiyi neçə bələdiyyənin işini müvafiq
orqanlar araşdırır?
Suallar
çox, cavabı isə yoxdur.
Bizim
əsas xahişimiz, təkrar olaraq qeyd edirəm ki, bu
prosesin icrasında şəffaflığın təmin edilməsidir. Nazirlik nə qədər
yaxasını kənara çəksə də, əsas məsuliyyət məhz bu qurumun üzərindədir. Yəni
nazirlik rəsmiləri vaxtında bu prosesə
qeydi-ciddi yanaşmasaydılar, bu gün 35 bələdiyyənin hər birində dayanıqlı
maliyyə mənbəyi yaranmış olardı. Təəssüf ki, qalib bələdiyyələrdə monitorinq aparılmış olsa, qalib elan edilənlərin
yalnız 50 faizinin bu gün azda olsa yerli büdcəyə
əlavə vəsait əldə edə bildiklərinin şahidi olarıq. Ancaq belə olmalı
deyildi axı. Məhz bu cür məsuliyyətsizlik və yumşaq desəm prosesə qeydi- ciddi
yanaşma nəticədə cari ildə subvensiya layihələrinə baxılmamış saxlanıldı.
Dostlar,
təkrar edirəm bizim fikrimiz prosesdə şəffaflığın təmin edilməsidir. Göründüyü
kimi, bu təminat olmayıb. Büdcə də təsdiq edilən məbləğın ayrılmaması ilə
nazirlik bu dəfə özünü bir növ
sığortalamış kimi görünür. Prosesdə yeniliklərin olmaması, prosesin
onlayn qaydada icrası barədə fikirlər səslənmir.
Ancaq
mən bundan əvvəlki yazılarımda da qeyd
etmişdim ki, əslində bələdiyyələrə bu şəkildə
dotasiyanın və subvensiyanın ayrılmasına ehtiyac yoxdur. Ortada bir təcrübə
var. Yəni QHT-lərə Dövlət Dəstəyi
Agentliyi son iki ildə elə bir sistem qurub ki, əvvəlki illərdə yaranmış
neqativi tam şəkildə aradan qaldırıb. Sual olunur necə? Prosesi onlayn şəkildə,
şəffaf keçirməklə. Layihə onlayn keçirilir, icrasına onlayn şəkildə nəzarət
olunur, hətta layihə onlayn imzalanır və yekun aktı da onlayn bağlanır, lakin əvvəlcə
bütün QHT-lərə infosessiya keçirilir və yaranmış suallara aydınlq gətirilr.
Ancaq
biz əvvəl irəli sürdüyümz təklifi bir daha səsləndiririk. Yəni biz dövlət tərəfindən
ayrılan vəsaiti ümumiləşdirib onu təsis ediləcək “Bələdiyyələrin inkişafına Dövlət Dəstəyi
Fondu”na ayıra bilərik. Fond ozü həm dotasiyanı, həm də subvensiyası onlayn şəkildə,
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təcrübəsindən yararlanaraq ehtiyacı olan bələdiyyəyə
dotasaiya ayırır, həm də subvensiya müsabiqəsi keçirir və icrasına nəzarət edir. Bu
gün illik büdcəsi 500 min manatdan artıq olan bələdiyyəyə dotasiya ayırmağın nə
mənası var. Bununla da Maliyyə nazirliyini həm bu ağır məsuliyyət yükündən azad edir, həm də bələdiyyələr
arasında gəzən söz söhbətlər bağlanır,
sonda isə bələdiyyələr həqiqətən layihə
yazmağı öyrənir və özlərinə dayanıqlı maliyyə mənbəyini qeyd-şərtsiz yarada bilir.
Vəssalam.
P.S.
Bu yazıda mən müəyyən məsələləri nəzərə
alıb bəzi məqamlara toxunmadım.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy